Ey şeyx, incik olma Yaxşı xanımdan,Arif olan hər insana gözəldi.Göz baxanda könül doymur zalımdan,İstəyirsən məni qına, gözəldi.

Ruhun təzələnsin görəndə gərək,Sən onun könlündə, o səndə gərək.Haqqa şükür qılsın hər bəndə gərək,Kim nə deyir bu dövrana, gözəldi.

Çox baxıbsan, sənin gözün doyubdu,Ələsgərin ciyərini oyubdu.Çəkən çəkib, hər nişanın qoyubdu,Xub yaraşır zinət ona, gözəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets