Latın dili
Latın dili!Hər sözündə dünya boyda yük daşıyır,Latın dili! -Millət ölüb, dil yaşayır.
"Ana" deyən, "torpaq" deyən,"Vətən" deyən yox bu dildə.Ancaq yenə yaşar bu dil.Sabah bizim ərzimizinSərhəddindən o yana daQoşar bu dil.Bəlkə... bütün ulduzlarıGəzər bu dil.Döyüşlərdə zəfər çalıbÖlən ərə bənzər bu dil.Vətəni yox,Milləti yoxYaşar özü.Elmlərin təməlidirƏvvəl sözü, axır sözü.Kim deyir ki, ölüdür bu?Həkimlərin, Alimlərin,Loğmanların dilidir bu.Bu dil ilə hesablanır ay da, il də.Çiçəklərin,Böcəklərin,Küləklərin,FələklərinAdlarını yazır alimÖlü dildə.Kim deyir ki, ölüdür bu?Ölülərin dili deyil,Dirilərin dilidir bu.Atlantika sahilindəCoşa-coşa,Daşa-daşa:– Mən azadam, mən xoşbəxtəm, -Deyir natiq yad dilində.
Söylə natiq,İndi nəyə inanaq biz –Qulağamı,Ya gözəmi?Əmələmi, Ya sözəmi?"Mən azadam, müstəqiləm" sözləriniÖz dilində deməyə dəİxtiyarın yoxsa əgər,De, kim sənə azad deyər?..Söylə, necə azadsan ki,Komalarda dustaq olub ana dilin.
Böyük-böyük məclislərdənİtirilib ilim-ilim?..İclaslarda bir kəlməsi, sözü yoxdur.Bəlkə... onun böyük, rəsmi məclislərəÇıxmaq üçün üzü yoxdur?Söylə, bəlkə - bic doğulub,Atasından yox xəbəri?Bəlkə bu dil çox kasıbdır,Qucağına sığışmayırƏsrin böyük fikirləri?..
Sən dərdə bax,Vətən də var,Millət də var.Ancaq onun dili yoxdur.Elə bil ki,Güzgü kimi, hamar, şəffaf röyalın var,dili yoxdur...İndi söylə,Hansı dilə ölü deyək:Vətən varkən,Millət varkən,Kiçik, yoxsul komalardadustaq olan bir diləmi?Yoxsa, uzun əsrlərdənkeçib gələn,Xalqı ölən,Özü qalan bir diləmi?
Aprel 1967, Kasablanka
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-latin-dili
Use ← → keys to move, R for a random poem