A yüzə tək-tək
O sərxoş yerişin, o sallanışınYetirdi dərdimi a yüzə tək-tək.Camalın şoxundan ağlım dağıldı,Əfşan eylə zülfün ay üzə tək-tək.
Məskən saldım astananda, dərində,Dost bağını becərin də, dərin də.Gövhər olar dəryalarda dərində,Onu qəvvas çəkər ay üzə tək-tək.
Ələsgərin az ömrünü üz, Gilə!Sona sənsən, dəryalarda üzgilə†.Bir salxımda peyvəst olub üz‡ gilə,Kamil bağban gərək ay üzə tək-tək.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-a-yuze-tek-tek
Use ← → keys to move, R for a random poem