Kəklik
Həsrətini çəkə-çəkəDərdim yetdi yüzə, Kəklik!Qız, sən Allahı sevərsən,Rübənd tutma üzə, Kəklik!
Dostdan dosta bu nə fənddi,Zülfün boynuma kəmənddi.Düşün dürdü, dilin qənddi,Dodaqların məzə, Kəklik!
Geydiyin yaşıl, əlvandı,Eylədiyin nahaq qandı.Ələsgər sana qurbandı,Sən gələndə bizə, Kəklik!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-keklik
Use ← → keys to move, R for a random poem