Yaylaq
Könlüm qaranquştək uçub qoynuna,Gəzir hər yamacı, hər yalı, yaylaq!Ruhum təzələnir, məst olur ürək,Görəndə bu çağı, bu halı, yaylaq!
Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,Bənövşə, qantəpər, qızlar örpəyi,Qoyun mələşməsi, çoban tütəyi,Çəkir uzaqlara xəyalı, yaylaq!
Qırxqız, Alaqaya, Çilgöz, Narışlar,Murov, Uzunyoxuş, Dəlidağ, Qoşqar!Hansı oğul, deyin, sizi unudar?!Düşərmi el sizdən aralı, yaylaq?!
Ələsgər köynəkdən çıxartsın sazı,Yenə cuşa gəlsin, eşqi, avazı,Tərifləsin allı, yaşıllı yazı,Unutma bu böyük kamalı, yaylaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-yaylaq-konlum-qaranqus-tek-ucub-qoynuna
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
شب به هم درشکند زلف چلیپایی راصبحدم سردهد انفاس مسیحایی را
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd