Şəhriyarın xatirəsinə
Başqa bir yolum qalmır-varıb, çıxıb getməkdən,Düşmənlərin yerinə dostları göynətməkdən.
Doğma qaratikanda nəğməsiz də yaşaramBezdim qızıl qəfəsdə bülbül kimi ötməkdən.
Dünyaya can borcum var, verəcəyəm vaxtındaƏli aşağı olar borcumu gizlətməkdən.
Biz Allah işığıyıq, Günəşdən könlüməcənYazılır şah əsərim öz-özümə yetməkdən.
Torpağa enən bitir, ucalıqda bəhrə yox,Qısırdı yüzüncü qat rişələnib bitməkdən.
Yeri çəkim üzümə ipək bir yorğan kimiOrda qapılar açıq – qorxumuz yox itməkdən.
Alışmağa qəm yetər, qurumuş odun kimi,Yorulmur cəhənnəmçi qazanı isitməkdən.
Bir az da ruh dilində, Tanrıdan gileylənim,Əlim qabardı daha yaxasını didməkdən!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-sehriyarin-xatiresine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Könlümü həm dəmbədəm edər pərişan saçlarınKönlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Səttar möcüzəsiŞəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.