Savaş şeri
Ürəyim bərkiyibdi, nə eşq bilir, nə həsrət,Nə ayrılıq, nə görüş, nə gərəksiz mərhəmət,Yüz-yüz cilvə içində qayıtsa ilk məhəbbət,Savaş meydanındayam, şerim də savaş şeri...
Bu qeyrət qalasını hər bəndə ala bilməz,Bu sehirli qılıncı hər igid çala bilməzSözüm namərd zamana mehriban ola bilməz,Başqaları yazacaq arxayın, yavaş şeri.
Kəsib atdım dilimdən taledən gileyimi,Mən – sözün intiqamı, mən – tarixin deyimi,Qan ilə yuyulubsa Vətənimin geyimi,Kim vecinə alacaq zərbafta, qumaş şeri?!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-savas-seri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Həsrətəm ay ilə-iləLeyli-nahar hüsnünə mən,Həsrətəm ay ilə-ilə.
Sən getdinSən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsizBahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?