Bir gün uçub töküləcəkBaşımıza göyün daşı.Nəfsi dağdan ağırlaraDeyəcəklər yeyin daşı!

Daş qədəhlər içilirsə,Çörək daşla ölçülürsə,Məzar daşdan biçilirsəDiriykən də geyin daşı.

Yaşadıqca daş hasarlarÜmidim daşa sarılar,

Ay köksündən daş asanlar,Yumşaqdısa döyün daşı.

Sapand daşı mənə yetər,Bu nöqtəylə nağıl bitər,Qardaş var ki daşdan betər,Öyün, qardaş, öyün daşı!

Üstələsə qara ağı,Qaralsa haqqın ocağı,Qorxutmaz gədənin dağıÇox ağırdı bəyin daşı.

Xəzinə ver, quruş almaz,Bu daş baltası korlaşmaz,Əcəl yığar yer boşalmaz,Nə çox imiş çayın daşı?!

22.XII.1994

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets