Siz Allah amanatı
Torpaq insanı udur,Canlım, canı udur.Əlyetişməz görünəni,Bərbəzəkli taxtları,Tüstülü obaları,Milyonluq paytaxtları,Hətta minillikləri,Hətta zamanı udur.Təkcə sözü udammır –Söz Allah amanatı.
Nə qədər bəzənsə dəDüzlər dağa boylanır,Allahı gəzə-gəzəGöz uzağa boylanırRuh ayaqlar altında,Baş yerinə qarındı,Dünya Allahın deyilOnu dananlarındı.
Halallığı pas tutub,Düzlük köhnə bayatıDağlar dumanda gizli,Düz Allah amanatı.
Sevgi, vuruş, əyləncə,Yenə də tələsir günAstaca düşür gecə,Sonuncu yuxu üçünOlsun! Bu da bir işdiHaqqını geri sayın...Nə qələbə sevinci,Nə sabahdan arxayınDostlar – üzəngi tutan,Minməliyəm bu atı,Sevinin, mən də getdimSiz Allah amanatı!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-siz-allah-amanati
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Başına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
Nədir bu millətin günahı, Allah…Göyləri odlayır analar ahı…Allahda götürməz bu ahı, Allah…
Ey könül, hər mənisiz cahili yar etmək nədir?Ey könül, hər mənisiz cahili yar etmək nədir?Mənisiz cahil sözünə etibar etmək nədir?
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var