Qar yağırdı, sübhün zəif işığıtək,Təbiətin uyğusuna qar yağırdı.Budaqlarda təzə-təzə qımıldananÇiçəklərin qorxusuna qar yağırdı...

Əsrlərin buz nəfəsini qıranların,Qayalarda bizə yuva quranların,

Qəbristanda daşa dönüb duranlarınƏbədiyyət yuxusuna qar yağırdı.

O anaydı – göydən gələn qar dənəsi!O ataydı – ömrümüzün pərvanəsi!Tələsirdim, ürək yollar divanəsi,Ürəyimin ağrısına qar yağırdı...

Bağ içindən budaqları əyən kəsin,Mənim bahar həsrətimi duyan kəsin,Əlləriylə “Get, yaxşı yol!” deyən kəsinGözündəki sorğusuna qar yağırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring