Sən ki, o yolları son dəfə keçdinNiyə daş olmadın, ayağım, niyə?O nur çeşməsindən doymadın, içdinNiyə odlanmadın, dodağım, niyə?

Bir sevinc səslədim, min qəm oyatdım,Dağdözməz dərdimi sənə boşaltdım,Üstündə gurhagur ocaqlar çatdım.Niyə kül olmadın, varağım, niyə?

Hanı bol məhsulum, hanı boy ayım? –Silinsin yolumdan bəxtin qolayı;Namərd ortalıqda meydan sulayır,Niyə korşalmısan, yarağım, niyə?

Hələ gözümüzdə min söz, min dilək,Ümiddən ümidə yol salır ürək,Qayaya çırpılan əks-səda təkÜstümə dönürsən, sorağım, niyə?

Gülərəm, hayanda qılınc dinirsə,Ölərəm, hayanda Vətən enirsə.Baharım təzəcə pöhrələnirsəXəzan hənirlisən, yarpağım, niyə?

Min arzu uyuyur hər naxışında,Qanımdan od aldın hicran qışında,Mənim ürəyimtək Təbriz başındaNiyə yellənmirsən, bayrağım, niyə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets