Durnalar könlümdən uçan həvəsdi,Yenə bu gethaget səbrimi kəsdi,Sən Allah, bu axşam ağlama, bəsdi,Üz qoyub uyuyum o üzlə birgə...

Qoymadım hasarı yad aşa, qaldım,Çevrildim yarpağa, ya daşa, qaldım,Daha ümidimiz yaddaşa qaldı,Otlanıb itərəm o izlə birgə...

Göz yaşın – bir yaşıl tumurcuq, yandı,Çalış pöhrələnsin tumurcuq andın,Baharda baharla tumurcuqlandım,Yanıb tökülürəm payızla birgə...

14.X.1979

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring