Şairlik nəyimə gərəkdir mənim?
Şairlik nəyimə gərəkdir mənim? –Şerdə təsəlli aramaq üçün!Təzə söz deməyə gümanım azdı,Yazıram köhnəni qorumaq üçün...
Söz qoşmaq şan-şöhrət gətirir məgər? –Söz var üzüqara, söz var üzü ağ...Dünyada ən böyük sənətdir, demə,Öz ana dilinə keşikçi olmaq!
Öz ana dilimə, ana sözüməBir təzə kəlmətək qoşula bilsəm;Sinəmə səpilən od yağışından –Yad sözdən, yad ruhdan yaşına bilsəm,Demək, çiçəklənən cavan budağam,Mən söz əsgəritək yaşayacağam!
Şerim! Müdafiə məğlubiyyətsə,Hər hücum qələbə deyildir, anla!Sən qalib gəlirsən bəzən bir sözüZirehə bürüyüb qorumağınla!..
Bu dil tükənməyən xəzinəm, varım,Ulu soylarımın müqəddəs izi...
Yurdumda ucalan qalalarımın“Ana” kəlməsidir ən birincisi!
“Araz” kəlməsidir, “can” kəlməsidirMənim damarımdan qan kimi axan.Tarixə çox qurban verdim, bəsidir,Qurbanlıq düşməyir məğrurluğumdan...
Şairlik nəyimə gərəkdir?Deyim!Şerdə təsəlli aramaq üçün,Təzə söz deməyə gümanım azdı,Yazıram köhnəni qorumaq üçün.Özümü qorumaq odlar içində,Adımı qorumaq adlar içində,Mənim bu narahat qəlbim sınmasınXoşbəxtlər içində, şadlar içində!
Son dəbli geyimdir yalançı şadlıq,Son dəb dodaq rəngi – yalançı gülüş.Ən böyük xoşbəxtlik böyük DoğrunuXırda yalanlardan qorumaq imiş!
Xırda sevgilərin bazarı ucuz,Qəlp pulun, qəlp sözün qılıncı iti.Necə qoruyasan hiylə odundanKəpənək qanadlı bir məhəbbəti.Ürək alverindən, söz alverindənKeçən İnam adlı əbədiyyəti?
Şairlik nəyimə gərəkdir mənim?Şəhərdə bir kəndin borc duyğusuyam.Dilimdə təzə söz bitirməsəm də,Şadam ki, köhnənin qoruqçusuyam!..
5.III.1980
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-sairlik-neyime-gerekdir-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Biz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.
KimiGözəldi qılığın, nə xoşdu soyun,Suyun şirin abi-həyatı kimi,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu