Maşın dağdan dərəyə, dərədən düzə dönür,Uçurumlar üstündə ürəklər buza dönür,Yamacdakı lalələr axan ulduza dönürYardımlı yollarında.

Suların sinəsində kölgə olub axırıq,Gözəlliyin önündə dayanıb lal baxırıq,Zirvələrin başına dolanırıq, qalxırıqYardımlı yollarında.

Yarıb dumanı-çəni zirvədən qartal uçur,Qayaların görkəmi vahimədir, qorxudur,Meşələrin sükutu adamları qorxudurYardımlı yollarında.

Ulduzamı, ayamı ucalmaq vüsəti var,Çay kimi axışında bir arzu surəti var,Bir kənd məhəbbətinin tələsən sürəti varYardımlı yollarında.

Min illik palıdlardan bir ömür borc alaydım,Keçilməz dərələrə özüm körpü olaydım,Buz sulu, saf aynalı bulaq olub qalaydımYardımlı yollarında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets