Gecələr dağları duman alandaGecələr zülmətdəyalqız qalandaZirvə də danışır özü-özüylə.Bu tənha ucalıq – ürək qubarı...Deyir ki, bircə gün dərəyə dönüb,Hamıyla yanaşı olaydım barı.Həsəd baxışlarısübhün şehitəkÇırpıb ətəyimdən tökəydim yerə.Olaydım kölgəli,nəmli bir dərə,Çalaydım lilparı tütək yerinə;Səhərin dumanı ağ yuxu kimiDolaydı gözümün bəbəklərinə.Meşə yarpaq-yarpaq əlləri iləSərinlik səpəydi yollarım üstdə.Çəməndə şeh əmən körpə cığırlarQıvrılıb yataydı qollarım üstdə.Günəş gözlərini məndən çəkəndəKüləklər döşlərə həsrət yayaydı.Bulaq nəğməsinin axarlarıylaSinəmdə təmizlik addımlayaydı.Hər addım dönsə də iti qılınca –Ürəyim ayağa düşsə, yaxşıdır.Bir qızıl ildırım məni çalınca,Köksümü şəlalə deşsə yaxşıdır.Mənim yüksəkliyim fərəhmi məgər? –Böyükdür böyüyün dərdi-səri də.Ən dərin okean çökəkləritəkCansızdır dağların zirvələri də!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets