Qoç quzudan doğan quzu qoç olur,Qoçaqlardan qoçaq olur sultanımQovğa günü qoç igidlər şad olur,Muxənnəslər naçaq olur sultanım

Qoç igidlər öyüd verir özünə,Muxənnəsin özü nədir sözü nəBir qoç igid düşmənin gözünə,Ucu almaz bıçaq olur sultanım

Bir qoç igid bir ordüyə daldar,Qarı düşmən yasaqdardır soldadırQaçar qaçar rəqibini aldadır,Qaytmamış haçaq olur sultanım

Türk atının kəhərindən kökündən,Qoçaq minər yüyrək kəndən yekindənBir qoç igid xəbər aldı bəyindən,Bədtər savaş haçaq olur sultanım

Koroğlu deyir yarın qovğa qurulur,Qoç igidlər ol atı vurulurAcıqlanır üzə qalxan bürünür,Sivrə qılınc yayaq olur sultanım

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets