Dünyanın açarları
Dünyanın keçmişi, gələcəyi bir,Hardasa başlanır, hardasa bitir.Çox yollar gəlmişik, gedəcəyik də,Birdən tapılmışıq itəcəyik də,Ha düşün-düşünmə dəyişən deyil,Sirrindən bizlərə pay düşən deyil.Torpağa baxıram üzümə gülür,Nəyi bilmirəmsə bu torpaq bilir.Göylərə baxıram göz vurur mənə,“İstəsəm yüz düyün açaram sənə”...Nə sirr verəndilər, nə düyün açanBeləcə dünyanın axırınacan.Hər gün ağıl artır, sorğu çoxalır,Yoxumsa bir yerdə ilişib qalır.Orda yol qırılır, pərdə qapanırTanrının qırmızı işığı yanır.Ordan o tərəfdə qalın bir divar –Nə xəyal işləyər, nə arzu çatar.Ancaq ki köklərim canlıdı orda,Yerlərim, göylərim canlıdı orda.Kim gəlib, kim gedib nələri durur,Üzümə ölməzlik həniri vurur.Orda ünvan bəlli, açılır yazı,Nə vaxtsa bağladıq öz qapımızı.Adla o qapını, kökünü tanı,Di gəl itirmişik açarlarını.Milyon uydurma de, milyon kitab yaz,Açarı olmasa qapı açılmaz.Haqqın dərgahından baş alıb gələnİzimiz qapının o üzündədi,İndi hər dodaqdan yalan göyəribDüzümüz qapının o üzündədi.
Çox olub Allahdan səda eşidən,Səs gəlib, ey insan, özünü tanı!Kimsə kimliyini anlaya bilməzTanımasaq dünyanın açarlarını!
İskəndəriyyə, 23.I.1992
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-dunyanin-acarlari
Use ← → keys to move, R for a random poem
More by this author
Görüşə bilirmiş əvvəl axırla,Uçmusan gümanlı sorağın üstə.
Taleyimlə barışmağımHa gedirəm yol çətindir,Mən inadcıl, yol mətindir,
Gülləri də gözlərimlə öpürəmO ümidlə soyuyubdu haçandı,Zirvəmizi asta-asta qar alar.
YapışmazKülüng çaldın, könlüm qaldı virana,Sınan sındı o bir daha yapışmaz,
Poems by other poets
Görə bilməm arizini,Tutubdur sər-basər zülfün,
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Biri nəSəhər-səhər üç gözələ tuş oldum,Eyhamınan salam verdim birinə.