Səhər-səhər üç gözələ tuş oldum,Eyhamınan salam verdim birinə.Hər üçü də bir-birindən sevməli,Biri Badam, biri Püstə, biri nə?

Birisi yamşaqlı, birisi şallı,Birisi ağ sifət, yanaqlar allı.Üçü də möcüzə, dilləri ballı.Bir gül tək oxşayır biri-birinə.

Dedim, belə məxluq görməmişəm mən,Dedilər, anladıq, vuruldun həmən.Dedim siz üçlüyə deyirəm əhsən,Əsəd də aşiqdir üçdən birinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets