O gün ki, ateşinlik arizi-cananə yazmışlar,Məni-sərgəştəni ol ateşə pərvanə yazmışlar.

Sənəmlər fikri çıxmaz xatirimdən bir zaman, guya,Yazan dəmdə bu viran olmuşu bütxanə yazmışlar.

Ayağın kəsmə məndən, saqiya, pəeşminəpuşəm deyn,Məni lovhi-əzəldə sərsofi-məstanə yazmışlar.

Nə vəch ilə, dedim, qaşın düşüb kəc müshəfi-rudə,Dedi: qanuni-xətdir, səhv imiş, ünvanə yazmışlar.

Sərü simayi-cananı çəkiblər bir-birindən xoş,O ki çeşmi-siyəhməsti, bəsi şahanə yazmışlar.

Nədir həddi ola həmta mənə gümnam aşaiqlər,Məni-divanənin adın necə divanə yazmışlar.

Həram olsun görüm nanü nəmək, derlər, meyü badə,Dəhən sirrini məxfi qönçeyi-xəndanə yazmışlar.

İki meygun ləbin vəsfin sənin, ey şuxi-şirinkar,Datırmış kilki-Xızrı çeşməyi-heyvanə, yazmışlar.

Könül cəmiyyətində namümidəm, Zakira, qismətOnun hər parəsin bir naveki-müjganə yazmışlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love