Olubdu məclis-ara sağəri-mina çəmənlərdə
Olubdu məclis-ara sağəri-mina çəmənlərdə,Salıb sothi-zəminə nəqşi-pürziba çəmənlrdə.
Nəsimi-canfəzayi-novbaharı zərrəcə, ey dil,Bir asari-küdurət qoymayıb qəta çəmənlərdə.
Məzaqi-təlx olur şirin bu fəslin xani-vəslində,Müheyyadır sərasər neməti-üzma çəmənlərində.
Dəmi-nitqi-Məsiha tək müəssirdir dəmi sübhünKi, feyzindən olur əmvatlar əhya çəmənlərdə.
Əyağinə düşüb eylər təvazö hər kimi görsə,Götürmüş lalə başə sağərü səhba çəmənlərdə.
Şəqaiq-dameni-kuhsardə, gül-bağ arasında,Tutubdur hər biri bir mənzilü məva çəmənlərdə.
Qəranfil, nəstərən,nərgiz, bənövşə, ərğüvan, laləZəbani-hal ilə şövqün qılır peyda çəmənlərdə.
Urarlar qumrilər cəh-cəh, gülərlər kəbklər qəh-qəh,Tutubdur aləmi yeksər əcəb qovğa çəmənlərdə.
Yetən tək şəmə pərvanə, verib can müft kim aldı,Düçar olmuş ona gör kim, nə xoş sövda çəmənlərdə.
Salıb bazari-eşq içrə harami qəmzələr talan,Mətai-dinü dil olmuş genə yağma çəmənlərdə.
Veribdir özlərinə ziybü zinət nazənin bütlər,Gəzərlər hər tərəf sərməstü biparva çəmənlərdə.
Nə vəqti-xabdır, dur, məsti-nazım, seyri-səhra qıl,Təmamən aşinəvü həmdəmü həmta çəmənlərdə.
Ruxi-alı xəyalilə sızıldar bu dili-şeydaGecə ta sübh olunca əndəlib asa çəmənlərdə.
Yanında hər kəsin yarı, kəsilmiş nəlavü zarı,Mürüvvətdir, sizi tarı, qalam tənha çəmənlərdə?!
Olub Məcnunsifət bir Leylivəş dildardən ötrü,Ədəb tərkin qılıb Zakir, gəzər rüvsa çəmənlərdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-olubdu-meclis-ara-sageri-mina-cemenlerde
Use ← → keys to move, R for a random poem
More by this author
İllər ayrısıyam, gəl qucaqlaşaq,Sevdiyim, şikayət zamanı deyil.
İstərəm ki, varım yarın kuyinəİstərəm ki, varım yarın kuyinə,Şikvə edəm qəmi-pünhan əlindən.
Yalvardım səbayə: şərh et halımıYalvardım səbayə: şərh et halımı,Yolun düşsə, çeşmi-xumar yanında.
Yenə bizdən küsüb bivəfa dilbərYenə bizdən küsüb bivəfa dilbər,Kəsibdi ülfətin neçə müddətdi.
Poems by other poets · Nature and spring
Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Hayâlün ile gözümi bizeremHayâlün ile gözümi bizeremZîrâ özge hayâlinden bizerem