Olur gəh-gəh nümayan sinədə narinc püstanı,Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı?

Dələr bağrım, tökər qanım, görəndə qadiri-biçun,Əsiri beylə kafir etməsin heç bir müsəlmanı.

Eşitmiş əzmi-seyrin, bilməzəm, əhli-çəmən kimdən,Bu gün şimşadü sərvin yox ayağa durmaq imkanı.

Tənimdə qalmadı bir xali qəmzən xədənginden,Olur abad hər mülkün ədalət olsa sultanı.

Həyati cümlə əşyaya səbəb feyzi-vücudundur,Rəvan olma, çıxar ayinəvü abi-rəvan canı.

Müjəm mənzuməsi zəbt edə bilməz əşk seylabın,Xəsü xaşak ilə tutmaq olurmu bəhri-Ümmanımı?!

Bu çərxi-pürcəfadən, Zakira, kəs rahət ümmidin,Muradınca dolanmaz kimsənin bu dövr dövranı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate