Ol cəfakar nəzərdən bizi atmış kimidir,Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.

Gəc gedib qaşlarını mahi-növə bənzətmə,Ustad iki yayı baş-başa çatmış kimidir.

Arizi-alını, derdim, əsəri-meydəndir,Baxdım əmma nigəhi-çeşm qanatmış kimidir.

Çeşmi-məstanələri guşeyi-əbrulərdəTağ arasında Xütən ceyranı yatmış kimidir.

Xəti-növxizi ləbi-ləlinin ətrafındaƏngəbin şəhdi ara murçə batmış kimidir.

Şom başın gecələr tiği-cəza kəsməkdən,Biədəb ərizi-yarə dil uzatmış kimidir.

Əql ilə huş qaçar meydən ayaq tutunca,Nisyə mərdümi-şəhr əqmişə satmış kimidir.

Tabi-sinəm oxunu, heyfdi, tez çək, əridər,Haliya kürreyi-həddad qızartmış kimidir.

Yar hali-dili-viranı xəbər alsa, deyin:Xaneyi-mücrimi sultan talatmış kimidir.

Qönçənin başını hər sübhü məsa yarmaqdan,Ol məhin ağzına məxfi dil uzatmış kimidir.

Demə yoxdur əsəri ahü fəğanın, Zakir,Xabdən ol məhi-bimehri oyatmış kimidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love