Rəqibi görməyə mümkün olaydı yarım ilə,Gedərdim ol səri-kuyə öz ixtiyarım ilə.

Gəzərdim itləri içrə dərdində biparva,Ziyadə tapmış idim rütbə etibarım ilə.

Hər ay başında bir ox növki-qəmzədən ücrətGərək mənə yetişə-şərt budur nigarım ilə.

Qoyanda qəbrə məni örtməyin, gəlib dilbər,Nə göftgu edəcək ta görüm məzarım ilə.

Töküb sirişk gözündən, deyərmi: ah, əfsus,Ki, həsrət öldü bu biçarə intizarım ilə.

Təğafül eyləsə birdəm o səngdil, deyərəm,Fəğan ilən tutuban damənin qubarım ilə.

Bağışla cürmümü, ey şux kim, həyatmdaÇox etmişəm səni azürdə ahü zarım ilə.

Gəlib xuramə gəz indən belə boyun uzunu,Gil olmuş idi dərin çeşmi-əşkbarım ilə.

Rəqibi məhrəmi-bəzmi-visal eyləmə kim,Cahana od salıram ahi-pürşərarım ilə.

Şükür xudayə ki, basdın məzarım üzrə qədəm,Şikəstə Zakirəm, əhdim, bu idi tarım ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love