Bu növi ki, çərxi-fələk
Bu növi ki, çərxi-fələkBizim ilən mədar eylər,Az çəkər ruzigarımıZülfün tək tirə-tar eylər.
Su oynağı olan mənzilSəbz olmaya, mümkün deyil,Göz yaşı tökdükcə könülDəxi də çox qübar eylər.
Yolunda keçmişəm sərdən,Əbəs yerə bəyaz gərdənBelə ki, saldı nəzərədən,Kim mənə etibar eylər.
Zülfündü pəri-pərvazın,Kimdir ki, çəkəməyə nazın,Dəmbədəm çeşmi-şahbazınDil mürğünü şikar cylər.
Qəm ləşkəri dəstə-dəstəHər tərəfdən gəlir üstə;Bilməzəm, Zakiri-xəstəOnsuz necə qərar eylər?!
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-bu-novi-ki-cerxi-felek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Ayırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Bəxt mənə yar olub şahi-Suleyman bu günBəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
HaldayamQəhri-qəza məni yaman xar etdi,Yet haraya, Valeh, yaman haldayam.