Saldı məni ayaqdan qəm, ver piyalə saqi
Saldı məni ayaqdan qəm, ver piyalə saqi,Yoxdur bir ondan özgə üftadələr dayağı.
Ol gülüzar məndən ayrıldı nisfi şəbdə,Sübh açılınca yanmaz heç kimsənin çirağı.
Qoymaz düşə nigarım payinə dürri-əşkim,İnsafdırmı salmaq gözdən yetim uşağı.
Şahnazımı müxalif dövran gətirmədi rast,Gəzdim dügəh Hicazı, Azərbaycan, İraqı.
Məndən degil toxunmaq bir-birinə xadəngin,Ayinü rəsmdir bu-sevməz qonaq qonağı
Mili-müjənmi bilməm əbrulərə çatıb sər,Memari-sün yoxsa tutmuş sütunə tağı?
Sövdayi-xalü xəttin əymiş qədim nihalın,Zağü zəğən hücumu eylər düta budağı.
Zülfi-siyah içində sərgəştə könlüm itdi,Hindü həbəş gizildi, tapılmadı sorağı.
Zülfün zəbani-şanə ayırdı bir-birindən,Dildir edən pərişan məcmui-ittifaqı.
Çeşminlə məstlikdə sağər dəm urdu, billah,Almış haramzadə başına qan çanağı.
Əsdi nəsimi-nüsrət, Zakir, behəmd-lilləh,Fəth etdi sərvəri-vəsl cəmiyyəti-fəraqı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-saldi-meni-ayaqdan-qem-ver-piyale-saqi
Use ← → keys to move, R for a random poem
More by this author
Ha deyirsən gələcəyəm, gəlməzsən,Bu qədər insanda ayılan olmaz.
Heyf ki, bilmədim çay kənarındaHeyf ki, bilmədim çay kənarındaYetişən guşimə bu səda qıydı.
Heç bilməzəm nəəqt vəqtədən sevdiyimHeç bilməzəm nəəqt vəqtədən sevdiyim,Gözlərim yolunu bu saqi nədi?
Xain yoldaşlar haqqındaBir dəvə, bir ilan, bir də tısbağaYoldaş olmuşdular mundan sabiqa.
Poems by other poets · Love
Etdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Su verSallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
وقت سحر، به آینهای گفت شانهایکاوخ! فلک چه کجرو و گیتی چه تندخوست
Eşqimiz nağıl olsunDünən axşam bir albomu əlimə aldım,Ürəyimin ilk sözünü gətirdim dilə.