Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun,Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun.

Oğurlar dövri-ruyində səri-zülfün əreq nəqdin,Nə pakizə əmin tapdın, nə yaxşı pasiban tutdun.

Kilidi-məxzəni-hüsni sipahi-cinnə tapşırdın,Hər iş kim tutdun aləmdə, onu biimtahan tutdun.

Keçirdin bitəkəllüm şanədən geysuyi-pür-piçi,Sənə ənam lazımdır ki, əfsunsuz ilan tutdun.

Məbadə eyləyə gəndən nəzarə mərdümi-çeşmim,İki hindu kamandarın həmişə dideban tutdun.

Rəqib etdi xoyanət ruberu, keçdin rəvan ondan,Mənim həqqimdə hər böhtan dedilərsə, rəvan tutdun,

Danışdın qaşü gözlə hər yetən naəhl ilə, zalım,Şikəstə Zakri gördükdə ox çəkdin, kəman tutdun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets