Sən onda eylə zövqü səfa bağ arasında,Mən munda yanım piltə kimi yağ arasında.

Peykanlarını sineyi-çakimdə görən der:Bir qönçəyi tərdir ki, bitib bağ arasında.

Könlüm quşunu seyd elədi qəmzəvü çeşmin,Qorxum budu qanlar düşə ortaq arasında.

Getmişdi saçı seyrinə, dil gəlmədi, bişək,Güm oldu şəbi-tarda sığnaq araısnda.

Ol guşeyi-əbruydə çeşminmidi, yoxsa,Yatmış iki Xütən geyiki tağ arasında.

Nasehlər edir mən məni mütrübi meydən,Əfsus ki, qaldım necə sarsaq arasında.

Zakir, rəhi-eşqində diriğ eyləmə canı,Ta nami-nikuyin qala üşşaq arasında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets