Səri kuyində məzari-məni-məhzuni görenTutar ol dilbəri-peymanşikəni xuni, gören?

Mütləqa əzmi-təmaşayi-gülü sərv etməzArizi-alə baxan, qaməti-mövzuni gören.

Gənc əfi yatağı olmağına bəsdi güvah,Dövri-hüsnündə onun həlqeyi-göysuni gören.

Küfri-zülfinə uyub bir sənəmə taət edər,Danışıb badi-səbayə dili-məluni gören.

“Rəhm qıl canına, obruyi-xəmə meyl etmə!” –Qan ayağında sənə çox dedi ol “nun”i gören.

Tutmadım pəndi-xirədmənd, özümdən düşdü,Daşlar indi məni-ohvali-digərguni gören.

Tökülüb nəqdi-sirişkim çölə xərmən-xərmən,Birə yüz fərq tutar məxzəni-Qaruni gören.

Qalmışam fərd, tapılmaz mana həmdərd, durub,Taparammı arasam Vamiqü Məcnuni gören?

Rövnəqi-eşq pozuldu, bilirəm xublərəBağlamaz bel dəxi bu Zakiri-məğbuni gören.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love