Sufi saf olduğunu sağərü səhba nə bilir?Düşməyibdir yolu meyxanəyə əsla nə bilir?

Tutmayıb deyri-xərabatdə xoş cayü məqam,Rənci-bihudə çəkib, zəhməti-bica, nə bilir?

Gün bu gündür, içəlim badeyi-gülgun, zahid,Etibar eyləmə, keyfiyyəti-fərda nə bilir?.

Söylər əhvali-qiyamət, öz evindən qeyriGörməyib bir yeri, mən bilməzəm aya nə bilir?

Abi-Kövsər həvəsilə çəkib əl sağərdən,Özünü aqilü dana tutar, amma nə bilir?

Nəşəyi-mey kişini vaqifi-əsrar eylər,Çəkməyə başına peydərpey anı ta, nə bilir?

Qəsdi taətdən əgər cənnət isə, eyni-xəta,Bilməyən kimdi o ev sahibi sövda nə bilir?

Eylə olsa nə tərəhhüm, nə şəfaət, nə güzəşt,Küfrdür söylədiyin məhz sərapa, nə bilir?

Eybinin kəşfinə bəhs eyləsə meyxanələrin,Sölə Səttaril-əyub anı bilir, ya nə bilir?

Ya gərək nadim ola, tərk edə cəngü cədəli,Ya deyə həq deyil isminə müsəmma nə bilir?

Mücrümün cürmünü əfv eyləməsə rəbbi-qəfur,Qalı rizvanda həmin firqeyi-hura, nə bilir?

Cəhəti-qəhrinə yox kimsədə imkani-sual,Vechi-amürzişini xaliqin əşya nə bilir?

Hər kəs öz səyi təlaşilə tapa rahi-nicat,Hörməti-ali-əbani dəxi qəta nə bilir?

Rəqəmi-əfv çəkər qaziyi-ruzi-əresat,Günəhi-hibbi-Əlinin ola dərya, nə bilir?

Zakirin bir əməli yox, ona ümid tuta,Ta məgər inki tutub dameni-mövla, nə bilir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern