Hüsnün sultanı gözlərə
Hüsnün sultanı gözlərəTamam xanü paşa qurban.Şəbnəm kimi gül üzündəQətrə-qətrə yaşa qurban.
Olmuşam dərdə həvalə,Çəkirəm sübhədən nalə;Əqlü huşum-zülfü xalə,Mən özüm-yay qaşa qurban.
Götür tiğini dəstinə,Can sədəqədir şəstinə,İki nərgisi-məstinəGətirmişəm qoşa qurban.
Bir aşiq bəsdir qurbana,Batma munca nahaq qana;Yatar dərində yan-yana,Veribdir baş-başa qurban.
Qətl eylə Zakiri-zari,Yoxdur özgə tələbkari,Ondan qeyri, səni tari,Kəsmə, həddən aşa qurban.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-husnun-sultani-gozlere
Use ← → keys to move, R for a random poem
More by this author
Dost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.
Dur sallan, dur sallan, boyun qurbanıDur sallan, dur sallan, boyun qurbanı,Tamaşalar etsin sənəmlər sənə.
Dün düşdü güzarım yarın kuyinəDün düşdü güzarım yarın kuyinə,Dərdü qəm çevrəsin alıbdı, gördüm.
Düşmüşəm çöllərə, ey LeylicəmalDüşmüşəm çöllərə, ey Leylicəmal,Məcnun kimi səni gördəndən bəri.