Könül, baxa-baxa rüxi-zibayə
Könül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.Gözəl sevən gərək dözə cəfayə,Qocalıbsan, səndə hünər qalmamış.
Nə dizdə taqət var, nə təndə təvan,Alıbdır sinəni rənci-xofəqan,Bərgi-yasəmən tək dağılıb dəndən,Xəzanədə dürri gühər qalmamış.
“Dal”ə dönüb “əlif” qəddin bükülmüş,Çöhreyi-alından ziya çəkilmiş,Tündbadi-həvadisdən tökülmüş,Nəxli-müddəadə səmər qalmamış.
Götürülüb vəhdət, tərk olub səfa,İfrata yetibdir cövr ilə cəfa;Deyirlər, sabiqdə var imiş vəfa,İndi dəxi ondan əsər qalmamış.
Bu aləm məhəlli-iqamət deyil,Yola düş vəqt ikən, etmə təğafül;Sövdayi-bazari-dəhrdə, ey dil,Sivayi-nöqsanü zərər qalmamış.
Mərdümi-zəmanə yeksərü yekcə,Olub gizbü təqəllübə mübtələ;Aşinayə yalan satar aşinə,Heç kimsədə doğru xəbər qalmamış.
Pozulub sərasər bünyadi-ülfət,Bağlanıb hər yandan rəhi-məhəbbət;Məşuqun hüsnündə nəşəyi-behcət,Aşiqin ahında şərər qalmamış.
Özgə əyyam idi əyyami-dirin,Tapmaq olmaz indi onların birin;Hansı Əzra, hanı Leyla və Şirin,Bir vəfalı məddi-nəzər qalmamış.
Yoxdu rahi-nicat bizlərə oslaƏnqərib olmasa zühuri-mövla.Mehri-şəriətdə, nə deyim, aya,Pərtövi-bəşarət məgər qalmamış?
Ömür başa yetdi bir saat, bir dəm,Bu dövri-fanidə olmadıq xürrəm;Girdabi-bəlayə qərqdir aləm,Bir canibə rahi-güzər qalmamış.
Ya şəfi-müznib, ya əffi-günah,Qərqi-məsiyyətdir Zakiri-gümrah,Əmələ ümid yox, taətə pənah,Sizdən özgə bir çarəgər qalmamış.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-konul-baxa-baxa-ruxi-zibaye
Use ← → keys to move, R for a random poem
More by this author
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Qalmadı bir ovuc qəllə, biz acıqQalmadı bir ovuc qəllə, biz acıqQurtulubdi bu afətdən o Dızaq,
Dəli könül nə düşübsən çöllərəDəli könül nə düşübsən çöllərə,Məgər usanmazsan yar aşiqidi,