Ah, yüz min ah, dərvişü qəni, mirü gəday
Ah, yüz min ah, dərvişü qəni, mirü gəday,Mütləqa bilməz nədir şəri-Nəbi, əmri-xuday,Dillərində yox sifatın, gizbü böhtandan sivay,Bir-birilə batini düşməndir, əmma aşinay,Şafei-ruzi-cəzadən olmaya bir çarə, vay!Məsiyət əmrazına onlarda daruyi-şəfay.Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Həqqə layiq heç birində görmədim felü əməl,Dedilər ki, var, yoxdur, hər yana mən vurdum əl,Zahiri xəlqin tiladır, batini simi-dəğəl,Sövti-nayə tundrov, banki-nəmazə kəmməhəl,Mən kimi məcmuəsi şayisteyi-qüllabü qəl,Bu məta ilə hüzurə getmək olmaz mahəsəl,Ya Əli, səndən mədəd, ya bülhsən, səndən həray!
Abi-ənguri məcalisdə oxur naseh həram,Etməyin rəğbət ona kim, böylədir hökmi-kəlam,Olmuşuq bu əmrinə tabe yekayek, bittəmam,Xuni-məzlumi-cahandır şürbümüz əmma müdam,Etməzik ikrah ondan xah xasü, xah am,Bu nə dindir, bu nə məzhəb, ey şəhi-aliməqam,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Boylərin rəyətlərə cövrü cəfadır sənəti,Rəyətin ağasına həm bəd duadır sənətiOl təbibin xəstəyə mühlik dəvadır sənəti,Bəzmdə layəstovi xanın ğınadır sənəti,Alimin şamü səhər reybü riyadır sənəti,Sərbəsər bu əhli-əyyamın xətadır sənəti,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Dərbədər düşmüş qələndər, dəmbədəm yahu çəkər,Döndərib üz xəlqə vaiz mənbərə pəhlu çəkər,Xüdnümalıqdandır ol kim, göz süzər, əbru çəkər,Qazinin tutumuş giribanın təmə hər su çəkər,Çavuşun ta kuyi-Məşhod ildə bir yol zu çəkər,Mübtəladır hər biri min dərdə kim, qayğu çəkər,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Firqeyi-tüllabə, sanma, dərsi-qürandır qərəz,Sərfü nəhfə sərf edər ovqatın, iymandır qərəz,Şəkkü səhvi öyrənir, şərti-müsəlmandır qərəz,Həftə-həftə ac qalır, gulgəşti-rizvandır qərəz,Həq bilir ki, nanü həlva, şali-Kirmandır qərəz,Can üzər, zillət çəkər, fərmani-canandır qərəz,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Ağlaya mahi-məhərrəmdə gərək vəhşü tüyur,Hiç dildə olmaya zövqü səfa, cşü sürur,Qoşulur bir-birinə əlvati-bioqlü şürur,Əldə payə, bəldə xəncər, dildə heydər, sərdə şur,Çeşmi şəhvət birlə hər kəs öz uşağın axtarur,Əhli-şəhri-lut tək həddən aşıb fisqü fücur,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Rəsmdir xəyyat miqraz işlədə, suzən tuta,Mərddir hərçənd, əmma kari-şüğli-zən tuta,Əldə hər dəllak hünərvər tiği müstəhsən tuta,Çormağı ta qollada sərrac, işin pürfən tuta,Dəbi baqqalın tarazuyi-əsəl rüğən tuta,Nə ki elm əhliylə hüccət hər yetən gövdən tuta,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Cöv satar gəndüm yerinə parə biinsaflər,Müctəhidəm deb vurar xəlqin yanında laflər,Dörd kənarın parçanın möhkom toxur zərbaflər,Göstərir xəlqə qənəm surət özün əclaflər,Əl aparsan surəti-peydir miyani-kaflər,Bunda yoxdur olsa da özgə viladə saflər,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Alilər ədlü-ədalətdən bəridir müxtəsər,Dadixahın əcri latiyildi gəh, gahi xətər,Sər çəkiblər ovci-əflakə nəhayət bisəmər,Gecə-gündüz başının üstündə tutsan çətri-zər,Qədr, qiymətdə yenə səndən füzundur bəxyəgər,Saxlaya şərrindən onların bizi xaliq məgər,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Yox ünas əhlində bir zorrə həya, şərmü ədəb,Xah ədnazədə, xahi məhvoşi-alinəsəb,İşləri cəngü cədəldir bir-birilə ruzi şəb,Göftgusi dərdü sər, nəzzarəsi rəncü təəb,Şövhərin rüsva edər aləmdə bivəchü səbəb.Eyləsin bu növ biismətlərə tanrı qəzəb,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Düxtəri pakizələr bipərdə gəşti-dəşt edər,Nə peyğəmbərdən həya, nə taridən xovfü xətər,Saxlamaz namusi-mədər, gözləməz nəngi-pədər,Qanda görsə bir səhiqəd qoşulub çöldən gedər,Qalmaıybdır dəhrdə əsla səyaqi-xeyrü şər,Əlhəzər ha böylə dövrandən, həzarən əlhəzər!Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Sərvqamətlər verir yüz ziybü ziynət hüsnünə,Zülfi pürçinin tökər hər ləhzə afət hüsnünə,Cami-meydən artırır tabü təravət hüsnünə.Mətləb oldur, növcavanlar edə rəğbət hüsnünə,Qəddinə, əndamına, səd bar lənət hüsnünə!Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Cifeyi-dünyayi-fani bir ərusi-dilfirib,Göstərir ta hüsnü surət, kimsədə qalmaz şəkib,Vay o gündən ki, qalam qəbr içrə tənhavü qərib,
Məzrəi-əməl zaye, rusiyəh, zabit mühib,Nəməti-vəslin mənə gər olmaya ol dəm nəsib,Zəhreçək eylər məni xovfi-xətər, ammən-qərib,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Zərbi-təyin şölevər qılmış nübüvvət məşəlinEyləyib mənkuf ol həftad millət məşəlin,Sənsən ancaq qaldıran fələkə nüsrət məşəlin,Ruzevü həccü cəhadü fərzi-sünnət məşəlin.Qoyma ki, əldən düşə yeksər təriqət məşəlin,Qəsdi dövranın keçirməkdir şəriət məşəlin,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Mənboi-cudü kərəmsən, mədəni-fəzlü ata,Qütbi-aləm, nöqteyi pərgar, həm ərzus-səma,İbni-əmmi-Müstəfa, damadi-xətmi-ənbiya,Rovzəyi-cənnət misalın, məlcəi-şahü goda,Olmasa səndən mədəd, əhvalıma səd ahü va,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Varmola ya rəb, mənim tək hiç yerdə naxələf,Tifl ikən ləhvü ləəblə eylədim ömrü tələf,Düşdü axır başıma şuri-həvayi-çəngü dəf,Xubrulər navüki-mujganına oldum hədəf,Nəfsi-zalim bir tərəf, şeytani-məlum bir tərəf,Olmuşam indi peşiman, ey şəhi-xaki-Nəcəf,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Sud verməz, Zakira, bu hərzəvü hədyan sənə,Taət üçün xəlq edib ol kim, veribdir can sənə,Göndərib tohdid ilə quran kimi fərman sənə,Gəlməsin əmri-xuda, şəri-Nəbi asan sənə,İçdirərlər ruzi-məhşər kasə-kasə qan sənə,Malü dövlətdən nolur, iyman gərək, iyman sənə,Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray!
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ah-yuz-min-ah-dervisu-qeni-miru-geday
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli