Eşqimiz nağıl olsun
Dünən axşam bir albomu əlimə aldım,Ürəyimin ilk sözünü gətirdim dilə.Düşündükcə o yerləri xəyala daldımKönlüm yenə pərvaz etdi həmən sahilə...
Yenə yalın ayağımı ləpələr yuyur,Odur kiçik qayığımız gözləyir bizi.Şair könlüm hər addımda min aləm duyur,Gəzdirdikcə sahillərdə ilk sevgimizi.
Aylı gecə... Oturmuşuq sahildə yalqızÜrəyimi kitab kimi oxuduqca sən.Söyləyirəm: – İnan mənə, inan, gözəl qız,Keçsə illər, keçsə aylar, son mənimkisən!..
Gəmi çəkir lövbərini ağarır sular:Ayrılırıq... hicran çəkir araya pərdə,Ey sevgilim, ağlamağın nə mənası var?Qayıdaram – ürəyini qul etmə dərdə!
Sahil dərdli... Gözlərimdə kiçildikcə sən,Çəkməyirsən nəzərini göy ləpələrdən.Ürəyimdə yanan eşqi anlaya bilsən,Son də məni yad edərsən bəlkə də hərdən...
Səndən iki məktub aldım o gündən bəri,Tək bu oldu eşqimizin sonu, əvvəli,Min əzabla sürdüm ötən dərdli günləri,Sevgimizin həsrətilə yaşadım, bəli!..
Uzun zaman göy sularda qan izi gördüm.Xəyalımda sahillərdə aradım səni...Eşqimiz tək o pak, dərin dənizi gördüm,Sevgimizin toxundumu daşa yelkəni?
Kim bilir ki, gözəl pəri, indi hardasan?..Ala gözlər həsrət ilə baxır yollara;Bəlkə də... ah, yad ellərdə, uzaqlardasan, –Bir namərd əl bəlkə səni çəkmişdir dara.
Yox, incimə, aman, məni xəyal aldadır,Başındakı bir tükünə zaval olmasın!Bu gün eşqim, inan mənə, başqa haldadır,Qoy gəncliyin yad əllərdə pamal olmasın!
Qoy yenə də göy suları yarsın salımız,Mən Krımın bağlarında anım sevgimi.Qoy bizim bu pak eşqimiz, bu vüsalımızƏzbər olsun ağızlarda bir nağıl kimi!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-esqimiz-nagil-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
به خون دیده مکتوبی نگارمیکایک عرضه دارم آن چه دارم
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
مگذار که عشقت را هر مختصر اندیشدیک گام نهد در ره صدبار براندیشد