Göy çinar kölgəsində fikrə gedib tək,Oturmuşdur bir gözəl, yol çəkir gözü.Düşünür ki, sevgilim nə vaxt gələcək?Alışır yavaş-yavaş qəlbinin közü;Əlində al qırmızı bir dəstə çiçək,Sevirmi? Sevməyirmi? Nə vaxt gələcək?

Qoparır yarpaqları, astadan deyir:Gözlərim yollardadır, qulağım səsdə,Söyləyin, yarpaqlarım, sevir, sevməyir?Qurtarır əlindəki güllərdən dəstə,Amma nə bilsin o qız, cəbhədə bu an,“Mən tək onu sevirəm!” – deyə verdi can.

Döyüşən ordu, 1942

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love