Yalvardım səbayə: şərh et halımı
Yalvardım səbayə: şərh et halımı,Yolun düşsə, çeşmi-xumar yanında.Dedi: sənin dərdin yen ziyadədir,Çox danışmaq olmaz bimar yanında.
Can quşu mayildi daneyi-xalə,Təmənnası budur yetə vüsalə;Mən bilirəm gedəcəkdir zəvalə,Zənəxdan dövründə, üzar yanında.
Gəl fərağət otur, dili-bədəməl,Gəncineyi-hüsnə tapmaq olmaz əl,Əfi kimi daim zülfi-müsəlsəlQıvrım-qıvrım olub yatar yanında.
Bilir ləli-ləbə çoxlardı mayil,Bəlkə təmə edə bir əqli zayil,Peyvəstə ox-yayın qəmzeyi-qatilÇilləyə mindirib asar yanında.
Ol keçən dəmləri hanı Zakirin,İtkin olub adı-sanı Zakirin,Qürbətdə çıxacaq canı Zakirin,Yoxdu xeyirxahı o yar yanında.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-yalvardim-sebaye-serh-et-halimi
Use ← → keys to move, R for a random poem
More by this author
Əsib badi-səba, nümayan olduÇaki-giribandan bir bəyaz məmə;
İllər ayrısıyam, gəl qucaqlaşaqİllər ayrısıyam, gəl qucaqlaşaq,Sevdiyim, şikayət zamanı deyil.
İstərəm ki, varım yarın kuyinəİstərəm ki, varım yarın kuyinə,Şikvə edəm qəmi-pünhan əlindən.
Yenə bizdən küsüb bivəfa dilbərYenə bizdən küsüb bivəfa dilbər,Kəsibdi ülfətin neçə müddətdi.
Poems by other poets
Bir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
Ta camalın nuri çeşmimdən nihan olmuş dururTa camalın nuri çeşmimdən nihan olmuş durur,Gecə-gündüz işim, ah ilə fəğan olmuş durur.
Qəzəl: Afaqı tutdu gün kimi yarın gözəlliyiAfaqı tutdu gün kimi yarın gözəlliyi,Məhv etdi mehr ü mahı nigarın gözəlliyi
روی در کعبه این کاخ کبود آمدهایمچون کواکب به طواف و به درود آمدهایم