İllər ayrısıyam, gəl qucaqlaşaq,Sevdiyim, şikayət zamanı deyil.Sənin gileyin çox, mənim günahım,Onların nəhayət zamanı deyil.

Acı söz yaraşmaz belə bazara,Şirin-şirin gəl danışaq bir para;Keçən sərgüzəşti tulla kənara,Bihudə hekayət zamanı deyil.

Qonum-qonşu gəlib şənlik olmamış,Bizim üçün qara gündük olmamış,Əngəl yığılmamış, tünlük olmamışOturmaq, fərağət zamanı deyil.

Sevgi sevgisinin ləbindən əmə, –Bir ləzzəti dəyər iki aləmə.Aç giriban bəndin, görünsün məmə,Gizləmə, xəyanət zamanı deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love