Cahan içrə mənim bir dilbəri-naməhribanım var
Cahan içrə mənim bir dilbəri-naməhribanım var,Nə cövrinə şəkibim, nə cəfasına təvanım var.
İtibdir nəqdi-can qaşü gözü qəmzə arasında,Hər üçü bassın əl ol müşhəfi-hüsnə, gümanım var.
Həzər qıl qaməti-xəm birlə ahi-cangüdazımdan,Mühəqqər sanma, ey çərx, adəməm tirü kəmanım var.
Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır,Necə həqdən keçim mən göz görə, dinim, imanım var.
Cəfavü rənc çəkdim gənci-hüsnündən olam faiz,Tutub ətrafını əfi, bu sövdadə ziyanım var.
Nolar ahu gözün fikri mənim çeşmim vətən tutsa,Gədayəm, həqdi, yaxşı otlağım, abi-rəvanım var.
Bu dağ ilə qəmim yox, qanda varsam aliqədrəm mən,Əgərçi ürəm, amma bir şəhənşəhdən nişanım var.
Nə müddətdir qara günlü könül zülfilə xu tutmuş,Qayıtmaz bir deməz axır dağılmış xanimanım var.
Diyari-hicrində sənsiz nə qalar udmuşam, gör kim,Dəmi, dilbər, ayaq saxla sana şərhü bəyanım var.
Sizi tarı, mürüvvətdirmi ol birəhmü səngindilEdər əğyar ilə işrət, deməz bir natəvanım var.
Sərasər əhli-aləm şikvə etsin cövrü zülmündən,O xatircəmdi kim, Zakir kimi övsafxanım var.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-cahan-icre-menim-bir-dilberi-namehribanim-var
Use ← → keys to move, R for a random poem
More by this author
O gün ki, ateşinlik arizi-cananə yazmışlar,Məni-sərgəştəni ol ateşə pərvanə yazmışlar.
Olubdu məclis-ara sağəri-mina çəmənlərdəOlubdu məclis-ara sağəri-mina çəmənlərdə,Salıb sothi-zəminə nəqşi-pürziba çəmənlrdə.
Olur gəh-gəh nümayan sinədə narinc püstanıOlur gəh-gəh nümayan sinədə narinc püstanı,Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı?
Ol cəfakar nəzərdən bizi atmış kimidirOl cəfakar nəzərdən bizi atmış kimidir,Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.