Cahan içrə mənim bir səngdil, bimehr mahım var,Büti-peymanşikən, şuxçeşmi-gəcnigarım var.

Yolunda dürrlər sərf eləyibdir mərdümi-çeşmim,Olurmu göz-gözə danmaq, iki adil güvahım var.

Nigarım zülfü tək qoymaz düşəm pabusuna bir dəm,Pərişan halım ondandır, əcəb bəxti siyahım var.

Mənə mehrabü minbər vəsfini təkrar edən vaizUtanmazmı, baxıb görsə bu surət qibləgahım var?

Könül şəhrin çapıb yağmaladı qəm ləşkəri, Zakir,Neçin imdad qılmaz, bəs deyirdin padişahım var?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love