Cövrü cəfavü dərdü qəmi-yarə qaniəm,Tağı sitəmlə gər cigərim yarə, qaniəm.

Təqsim edəndə itlərinə süfrə-süfrə nan,Hər ruz bəxş edə mənə bir parə, qaniəm.

Gün kimi simtən degiləm kuyinə düşəm,Gəndən nəzareyi-dərü divarə qaniəm.

Üşşaq yardən nəzori-mərhəmət dilər,Mən növki-çeşmi-məstü cigərxarə qaniəm.

Eşqi onun ola mənə gər mucibi-səğər,Zülfi sanınca yandıralar narə, qaniəm.

Özbəs ki, var nisboti geysuyi-dilbərə,Qəbr içrə nişi-əqrəbü şəhmarə qaniəm.

Rövşəndi ol nigarə ki, cismi-fikarımıPərvanəvər salsalar odlarə, qaniəm.

Həqqi budur ki, taneyi-əğyardən siva,Hər cövrü zülm yetsə dili-zarə, qaniəm.

Eşq əhli dəğşirür qərəzin dombədəm, vəli,Mən Zakirəm, həmin elə didarə qaniəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love