Dal dala
Gözəllər sultanı, mələklər şahı,Şahmar zülfün nə tökübsən dal dala!Boyun sərv üstündə budağa bənzər,Mürgi-ruhum uçar qonar dal dala.
Geydim qəm libasın yasın içində,Gələcək Nəkreyin ya sin içində.Doxsan min kəlmədə, “Yasin” içindəNeçə yerdə müttəsildi “dal” “dal”a?
Dərs almışam, oxumuşam hər aya,Bayram ayı demək olmaz hər aya.Şahlar şahı, özün yetiş haraya,Mən yalqızam, düşman verib dal-dala!
Billəm, eytac deyil sənə mal indi,Geyibsən qəddinə, Sənəm, al indi.Can alansan, canım, sənəm, al indi.Əzrayılın çəngəlindən daldala.
Ələsgər, əlindən getdi buta yar,Huşum çaşıb, ağlım olmaz, büt, əyar†.Sinəm qoydum müjganına buta, yar,Əsirgəmə, at oxların dal-dala.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-dal-dala
Use ← → keys to move, R for a random poem