Dağıt "əmmə"ni
"Əlif"in hökmüylə, "cim" fərmanıylaAra kəlmə-kəlmə, dağıt "əmmə"ni.Vədəm tamamdısa, gəl al canımı,Qurtar bu düyündən, dağıdan məni.
Şux gözəldə bir sinə var, bir incə,Gördüm, dərdim oldu dağlar birincə.Roğənəm, həddində yetir birincə,Yandırıb keçirmə dağıdan məni!
Sağ dəstinlə dərdli sərim ov, sına!Lazımdı ki, ovçusundan ov sına§.Gözün təmənnası salıb ovsuna,Şahmar tək endirir dağıdan məni.
Qürbətdə qalmışam, bir ay yarım var,Qərib pəhlivanam, bir əyyarım var.Lütf eylə, üstümə bir, ay yarım, var,Dağılsın üstümdən dağıdan məni.
Ələsgərəm, bir dayım yox, bir əmim,Dar günündə mədədkardı birə "mim".Göz deyir ki, qoy ləbindən bir əmim,Dil deyir: – Məclisi dağıt, əm məni!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-dagit-emme-ni
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəllər sultanı, mələklər şahı,Şahmar zülfün nə tökübsən dal dala!
De bir üz, bir üzSəndən ötrü ömrüm barın becərdim,Mübarək dəstinlə de bir üz, bir üz!
Ha bular, bularSəba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Ha lala çıxarAddadı zimistan, gəldi nobahar,İnşallah, dağlarda ha lala çıxar.
Poems by other poets · Love
Tər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd