Ayrılıq
Ayrılığa nə var ki,Bir acı söz, ayrılıq.Əl at, bir yuva dağıt,Bir çiçək üz, ayrılıq...
Gün keçir yana-yana,Sonsuz da varır sonaBiri-birinə anaGecə-gündüz ayrılıq.
Əl yetirər, göz doyar,Ayaq gedər, iz doyarDağ pay verər, düz doyarDağ ilə düz ayrılıq.
Dili bir, imanı bir,Yaxşısı, yamanı bir,Damarında qanı birBakı-Təbriz ayrılıq.
Gözümə torpaq düşdü,Üstümə yarpaq düşdü,Sısqa bulaq – görüşdü...Sonsuz dəniz – ayrılıq!
Ayaq yorğun, qol bağlı,Günüm milyon soraqlı,Yol – xoşbəxtlik, yol – haqlı,Mənzilimiz – ayrılıq.
May, 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-ayriliq
Use ← → keys to move, R for a random poem