Görən bizi kim qarğıyıb,Tilsimdən çıxa bilmirik.Şeytan yol tapıb ürəyəÜrəyi yıxa bilmirik...

Dünya qucan qol verilib,Nemətimiz bol verilib,Başdan min cür yol verilib,Birinə sığa bilmirik.

Gözüm sevmir qaş deyəni,Xoşlamırıq xoş deyəni,Əl verib qardaş deyəninƏlini sıxa bilmirik.

Tarix duymur səsimizi,Yer unudur izimizi,Şər qaraldıb üzümüzüAllaha baxa bilmirik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets