Yaşamaq inadı
Bu gecə öz qəbrim girib yuxuma –Sonuncu limana yan almış gəmi.Özümdən sonraya tamaşaçıydım,Qüssəsiz, kədərsiz,yad adam kimi...
Gördüm kəndimizdə köhnə evimiz,Evin sol yanında yamac yam-yaşıl.Bir vaxt uşaqlığım keçən yerlərdəTorpaqdan dikəlir qara başdaşım.
Bura nə qəbristan, nə yol qırağı,Quzu qırpımına gələn bir çəmən.Baxıram qəribə məzar daşınaKöhnə evimizin pəncərəsindən.
Bir az kötüyə də oxşayır bu daş,Neçə ildırımın izi üstündə.Bir az yarpağa da oxşayır bu daş,Baharın sonuncu sözü üstündə.
Uçuşa açılan, uça bilməyənSığalsız bir qartal qanadı kimi.Sonuncu nəfəsin mərmər cildindəSonuncu yaşamaq inadı kimi.
Sahildə donuxmuş qara bir yelkən,Zamanın yelləri doldura bilməz.Ömrün son sirrinə qoyulan heykəl, –Kimsə pərdəsini qaldıra bilməz.
Ya da ki, yonqarsız qaya parçası,Buluddan torpağa sancılan kölgə.Bu qaya dalında səngərə yatıbÖlümü nişana almışam bəlkə?!
Heç nə dəyişməyib bu daşdan özgə,Yaşıl gözləriylə gülürdü çəmən.Ölümə baxmaqdan asan nə varmışKöhnə evimizin pəncərəsindən...
Dubultı, 21.I.1982
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-yasamaq-inadi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
YəqinGül belə rəxşan ola bilməz yəqin,Ay belə xəndan ola bilməz yəqin,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,