Yarpaq yağışı
Yarpaq yağışınatutdum könlümü,Ələndi başıma qızıl anlarım.Bahardan payıza üzü günəşəBir kökün üstündə qızınanlarım.Yaşıl sevinci də, sarı qəmi dəTorpaq ünvanına yazılanlarım.
Zaman da geriyə dönmüşdü sanki,Günlərim keçmişə qanadlanmışdı.Hər sarı yarpaqda uzaq xatirəCavan bir ümiddən qopub yanmışdı.
Heyim qalmamışdı addım atmağa,Yarpaqlar əzizim, qohumum, dostum.Biri gedəndə də gülərüzlüydü,Birisi təzətər, birisi yaslı.Biri öz ömrünü yetirib başaBirini qoparan namərd küləkdi.Biri qoruduğu sonuncu sözüÜz sürtüb torpağa söyləyəcəkdi.
Bu yağış qəribə yağışdı, Allah,İşləyir adamın ürəyinəcən.
Yuyur duyğuları, ruhu da yuyur,Ətalətdən yuyur, qorxudan yuyur.Elə bil tökülür sözünün pası,Silir ağrıları baxışlarından.Yüz belə ələnə bunca güc olmazBaharın selləmə yağışlarında.
Təbiət ağlayır adamdan betər,Heç belə qırmızı göz yaşı olmaz.Bir çılpaq ağacdı ortada qalanCanlıdı, –Canlıdan baş daşı olmaz.Çiynimə bir yarpaq qonur astacaBəlkə də ömrümün xəritəsiydi.Bəlkə də özümdüm budaqdan düşən,Bir doğma ürəyin ilk arzusuylaİsidən olsaydı diriləsiydim.Bu meşə yolunda öz ruhun kimiÇiynimə qonmuşdu-kövrək, köməksiz.Görünür tabuta girməzdən əvvəlYarpaqtək gedirik çiyinlərdə biz...
Moskva, 11.X.1985
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-yarpaq-yagisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Qumar onun qumarıdırNə var - nə yox soruşma çox, nə var onun nəvarıdır,Mənim evimdə qar yağır, bahar onun baharıdır.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.