Adına bənzəyə bilərsənsə
Adın ürəyimi bəzəyən arzu,Adına bənzəyə bilərsənsə, gəl.Baharı vədəsiz ötən ömrüməTəzə bahar kimi gələrsənsə, gəl!
Ürək haray çəkir – zamandan yorğun,Gərəksiz gileydən, gümandan yorğun,Ömrün də payızı dumandan yorğun –Gözümdən dumanı silərsənsə, gəl!
Bilirəm, bu yolda əsəcək dizin,Bilirəm ağrıdan keçəcək izin...Şəriki çox olub sevincimizinDərdimi dərdintək bölərsənsə, gəl!
Hicran yoldaş olub ömrə uzandı,Mən bəxtdən küsmədim, bəxtim usandı.Tale güldürəndə gülmək asandı,O ağla deyəndə gülərsənsə, gəl!
Ölüm həsrət-həsrət əlimdən tuta,Mindirə fələklər ürküdən ata,Üstümdə ruhumtək göyərən otaİsti göz yaşları çilərsənsə, gəl!
7.X.1985
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-adina-benzeye-bilersense
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Seyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
ای وصل تو آب و هجر تو آذرماننده تو نزاید از مادر