Sınma
Qəm ürəyi üşüdür,Qəmi göylər eşidir,Bu da Allah işidirDanma, qardaşım, danma!
Uduzuruq haçağdı,Namərd niyə qoçağdı,Öz çatdığın ocaqdı,Yanma, qardaşım, yanma!
Öz yolumuz beləymiş,Öz ruhumuz köləymiş,Öz əlimiz tələymiş,Qonma, qardaşım, qonma!
Daha göz yaşını sil,Daha haqu yolunu bil,Daha qarışqanı filSanma, qardaşım, sanma!
Tülkü qəsdinə gəlir,Qarğa tüstünə gəlir,Dünya üstünə gəlir.Sınma, qardaşım, sınma!
8.VII.1994
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-sinma
Use ← → keys to move, R for a random poem
More by this author
Bir kökümüz doğudadı,Bir kökümüz günbatanda
Xəbər gözləyirəmYetmiş ildi dünyanın altıda biri qırmızı alova bürünüb yanır. Kənarda dayananlar da, alovun içindəkilər də bilir ki, bu söndürülməlidir. Amma öz-özünə yanıb qurtarmayana qədər yaxın düşmək olmur. Mübarizə adına qalxırsan, səni də yandırır. Amma sərçə kimi hərə bir damla su atsa yanğın böyüməz. O tək-tək damlalar zamanı nə qədər irəli çəkir, yanğının tez sönməsinə nə qədər xidmət edir? – bunu hesablamaq çətindir. Amma vaxtın dəyirmanını işlədən də o damlalardır.*Xəbər gözləyirəm... Kimdən; hayandan?
Geri dönməliyikAstara yolları uzanıb gedir*Təbrizə bir baş.*
Bir qarış vətən torpağıDüşmən kəsdi qapınıağır şərtləri ilə...