Kimi yerdən qaldırdımsaDurub məni yerə vurdu.Kimdən ötrü kül oldumsaKülümü göyə sovurdu.Bu da tale qarğışıdı,Mənə qalan göz yaşıdı!

Bu bədbəxtlik divanəsi,Son tikələr qamarlayan.Bu yetimlər qismətindənCiblərini tumarlayanAdam deyil – çay daşıdı,Mənə qalan göz yaşıdı!

Ocaq adlı ilk cənnətim,Şeytanın gözündən gizli...Damarımda axan qanım –O ülvilik, müqəddəslikÖmrün uzaq yaddaşıdı,Mənə qalan göz yaşıdı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate