Rəqqasə
Sən ortada ağ şam kimi yanırdın,İşığına axışırdı alqışlar.Heyrətimdən daşa dönüb kənardaTək mən idim əl vurmayan –bağışla!..
Alov kimi burulurdu əllərin,Bəxtəvərsən, hava gəldi – oyna, yan.Elə baxma, sirrim məni ağrıdır,İnsaf elə, ay qol açıb oynayan!..
İnsaf elə, qədəm basma bu yola,Qoyma fikrim bulud kimi tellənsin.Niyə məni gətirmirsən buraya,Niyə qoydun "Vağzalı"nı dillənsin?!
Bu havayla ağ geyimdə, ağ üzləBəy evinə çeşmə kimi duru gəl.Müqəddəsdi,hər məclisdə oynama,"Vağzalı"nı toy gününə qoru, gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-reqqase
Use ← → keys to move, R for a random poem