Fikrimin işıqlı vadiləriyləBir maşın şütüyər, bir qatar gedər.Orda illər boyu lal kədəriylə,Gözlər dumanlanar, əllər yellənər.

Gözlər nizə kimi deşər şüşəni,Üstümə intizar ələr bir baxış.Bir baxış harasa ötürər məni,Uzun ayrılıqdan gələr bir baxış...

Uzalı əllərlə qaçıb dalımcabiri qatarları saxlamaq istər.Xəyali öpüşün dəli odundabiri hisslərimi yoxlamaq istər.

Kimsə unudular –bir işıq sönər,Baxar sədaqətli həsrətlə biri.Gedər yaddaşımın son mənzilinəuzaq xatirənin sərnişinləri...

Çoxunu bircə yol görmüşəm bəlkə,Ya da vüsalımız bir qısa gündü.Görüşün dalınca vida təhlükə,Bu rahat sevinclər bəs nə üçündü?!

Gedər vaqonlarda uzaq tanışlar,Onları bu günə qaytarmaq çətin.Rahat bir kupedə bir istək yanar –Ağlayartəqsirsiz ilk məhəbbətim.

Qaytara bilsəydim bu xatirəni,Qatarlar geriyə dönsəydi əgər –Yəqin ki, onların bəziləriniQoruyub saxlardım indiyə qədər.

Yol gedir...görünmür səfərin sonu,Yol keçir ağrıdan, oddan, ümiddən.Saxlayın xatirə qatarlarını,Kimisə düşürtmək istəyirəm mən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation